Tbilisidə azərbaycanlı gənc doğum günündə tapdığı pulu sahibinə qaytarıb

Tbilisidə azərbaycanlı gənc doğum günündə tapdığı pulu sahibinə qaytarıb Gürcüstanın paytaxtı Tbilisinin sakini 18 yaşlı Altay Paşayev doğum günündə tapdığı və içərisində 6 min lari (3 min AZN-dən çox) olan pul kisəsini sahibinə qaytarıb
Region
18 Yanvar , 2022 17:00
Tbilisidə azərbaycanlı gənc doğum günündə tapdığı pulu sahibinə qaytarıb

Gürcüstanın paytaxtı Tbilisinin sakini 18 yaşlı Altay Paşayev doğum günündə tapdığı və içərisində 6 min lari (3 min manatdan çox) olan pul kisəsini sahibinə qaytarıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan mətbuatı soydaşımızın nümunəvi və xeyirxah addımını işıqlandırıb.

Əslən Bolnisidən olan A.Paşayev pul kisəsini işdən evə qayıdarkən tapdığını deyib: “Pulu götürmək barədə bir dəqiqə olsun belə düşünmədim. Pul kisəsini dərhal polis bölməsinə apardım və sahibinə qaytarılana qədər orada gözlədim”.

Pul kisəsinin sahibi Tsitsi Xotenaşvili itirdiyi pulun ona deyil, xaricdə yaşadığı qohumuna məxsus olduğunu bildirib: “Mənə göndərilən pulu başqa adama verməliydim. 6 min larini maşında pul kisəmə qoydum və sən demə kisə gödəkçəmlə çantam arasında qalıb və maşından enəndə yerə düşüb. Kisənin itdiyini biləndə çox pis oldum. Tapan şəxsin pulu mənə qaytarmayacağına əmin idim. Polisdən zəng edib pul kisəmin tapıldığını deyəndə çox sevindim. Pulun içində olduğunu biləndə isə sevincimdən qışqırdım. Pul kisəmi tapan yaxşı insandır. O, mənim qəhrəmanımdır. Onu hamı tanımalıdır”.

Son xəbərlər

Orphus sistemi