Tbilisidə Azərbaycanın Zəfərinə həsr olunan tamaşa təqdim edilib

Tbilisidə Azərbaycanın Zəfərinə həsr olunan tamaşa təqdim edilib Gürcüstanda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə “Cənnətdən gələn məktub” adlı tamaşa səhnələşdirilib.
Region
9 Noyabr , 2021 17:28
Tbilisidə Azərbaycanın Zəfərinə həsr olunan tamaşa təqdim edilib

Gürcüstanda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə “Cənnətdən gələn məktub” adlı tamaşa səhnələşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, gənc soydaşlarımızın “Era” teatrının Azərbaycan dilində hazırladığı səhnə əsəri Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Səhnə əsərində rolları aktyorlar - Binəli İslamoğlu və Elnur Vəlizadə ifa ediblər.

Vətənpərvərlik və şəhidlik “Cənnətdən gələn məktub” tamaşasının əsas mövzusudur. Əsərin ana xətti şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə baş tutan premyeranı izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, DİDK-nin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, iş adamları, gənclər və ziyalılar olub.

Tamaşaçılar səhnə əsərini rəğbət və alqışlarla qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi