Tbilisidə itkin düşmüş amerikalı turist tapılıb
- 11 fevral, 2022
- 09:34
Tbilisidə üç gündür itkin düşmüş ABŞ vətəndaşı 39 yaşlı Aleks Loyxo sağ tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
Əcnəbinin sağlamlıq durumunun qənaətbəxş olduğu bildirilib.
11:11
Gürcüstanın paytaxtı Tbilisi şəhərində ABŞ-dan olan 39 yaşlı turist itkin düşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Aleks Loyxonun axtarışları üç gündür heç bir nəticə vermir. O, bir neçə ay bundan öncə Gürcüstana turizm məqsədilə gəlib.
Yaxınları bildiriblər ki, A.Loyxo fevralın 7-də onlarla əlaqə saxlayıb. O, koronavirusa yoluxduğunu ehtimal etdiyini və vəziyyətinin yaxşı olmadığını deyib.
Əcnəbinin ailəsinin əldə etdiyi məlumata əsasən, fevralın 9-da tanış taksi sürücüsü A.Loyxonu Tbilisidəki sinaqoqun yaxınlığında görüb. Sürücü onun yaxşı vəziyyətdə olmadığını və pulsuz qaldığını bildirib.