Tbilisidə aksiya başa çatıb, 6 nəfər saxlanılıb - YENİLƏNİB-2

Tbilisidə aksiya başa çatıb, 6 nəfər saxlanılıb - YENİLƏNİB-2 Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiəsi tələbi ilə keçirilən aksiya başa çatıb.
Region
2 Aprel , 2019 00:30
Tbilisidə aksiya başa çatıb, 6 nəfər saxlanılıb - YENİLƏNİB-2

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiəsi tələbi ilə keçirilən aksiya başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilatçılar aksiyanı aprelin 2-də davam etdirəcəklərini bildiriblər.

Aksiyanın yeri və vaxtı ilə bağlı məlumat sosial şəbəkədə yerləşdiriləcək. Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiya zamanı 6 nəfərin saxlanıldığı bildirilib. 


*** 23:21

Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiə olunması tələbi ilə keçirilən askiyada polislə qarşıdurma baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları prospektdəki avtomobil yolunun ikinci hissəsini də bağlamağa cəhd ediblər.

Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Nəticədə bir neçə şəxs saxlanılıb.

Gürcüstan ombudsmanı Nino Lomcaria aksiya keçirilən əraziyə gəlib. O, aksiya zamanı 4 nəfərin saxlanıldığını bildirib. Xalq müdafiəçisi deyib ki, həmin şəxslər polisə tabe olmadıqlarına görə saxlanılıblar.

Tbilisi meri Kaxa Kaladze aksiya iştirakçıları ilə işgüzar şəraitdə görüşməyə hazır olduğunu bildirib. Nümayişçilər isə görüş üçün K.Kaladzedən aksiya keçirilən əraziyə gəlməsini tələb ediblər.

Aksiya iştirakçıları Tbilisi merinin yaşadığı evə qədər yürüş etmək barədə qərar qəbul ediblər. 


*** 22:26

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində aksiya keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar əmək hüquqlarının müdafiə olunması və işçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Hökumət administrasiyası binası qarşısında başlayan aksiya Çavçacadze prospektində ötən gün torpaq uçqunu nəticəsində həlak olan 2 fəhlənin çalışdığı tikinti sahəsinin yaxınlığında davam etdirilir.

Aksiya iştirakçıları bildiriblər ki, ölkədə tikintidə təhlükəsizlik qaydaları təmin olunmadığına görə çox sayda fəhlə ölüb və buna görə məsuliyyəti hökumət daşımalıdır.

Hazırda aksiya Çavçavadze prospektində avtomobil yolunda oturaq formada davam etdirilir. İştirakçılar saat 23:00-a qədər baş nazir Mamuka Baxtadze, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia və səhiyyə naziri David Sergeenko ilə görüş tələb ediblər. Əks halda aksiyanın dayandırılmayacağı bildirilib.

Aksiyaya insan haqları sahəsində fəaliyyət göstərən bir neçə təşkilat da qoşulub. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, bu il Gürcüstanda 9 nəfər iş yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb. Ötən il isə iş yerlərində ölənlərin sayı 59, müxtəlif dərəcəli xəsarət alanların sayı isə 199 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi