Tbilisidə ABŞ dövlət katibinin səfərinə paralel aksiya keçirilir

Tbilisidə ABŞ dövlət katibinin səfərinə paralel aksiya keçirilir Gürcüstanın müxalifət partiyaları ABŞ dövlət katibi Mayk Pompeonun ölkəyə rəsmi səfərinə paralel olaraq mərkəzi Rustaveli prospektində simvolik yürüş aksiyası keçirir.
Region
509
18 Noyabr , 2020 11:34
Tbilisidə ABŞ dövlət katibinin səfərinə paralel aksiya keçirilir
0 : 00
0 : 00

Gürcüstanın müxalifət partiyaları ABŞ dövlət katibi Mayk Pompeonun ölkəyə rəsmi səfərinə paralel olaraq mərkəzi Rustaveli prospektində simvolik yürüş aksiyası keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, səssiz aksiyanın məqsədi parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz etmək və bunu M.Pompeonun diqqətinə çatdırmaqdır.

Yürüş edən aksiya iştirakçıları “canlı zəncir” yaradıb və əllərində seçkilərdə qeydə alınan pozuntuları əks etdirən plakatlar tutublar.

Hazırda prospekt avtomobillərin hərəkəti üçün bağlanıb.

Müxalifət Tbilisinin bir neçə yerində M.Pompeonun diqqətini cəlb etmək üçün plakatlar yerləşdirib. Şəhərin Sülh körpüsündə “Seçkilər rusiyalı oliqarx tərəfindən saxtalaşdırılıb” sözlərinin olduğu plakat asılıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Tbilisidə artıq bir neçə yüksək səviyyəli görüş keçirib.

Son xəbərlər

Orphus sistemi