Tbilisi və Marneulidə 4 narkotik alverçisi saxlanılıb

Tbilisi və Marneulidə 4 narkotik alverçisi saxlanılıb Gürcüstanın Tbilisi şəhərində və azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışında ittiham olunan 4 nəfər saxlanılıb.
Region
18 Sentyabr , 2020 09:47
Tbilisi və Marneulidə 4 narkotik alverçisi saxlanılıb

Gürcüstanın Tbilisi şəhərində və azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışında ittiham olunan 4 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, saxlanılan 1985, 1984, 1974 və 1978-ci il təvəllüdlü şəxslər sistematik olaraq narkotik vasitələrin satışını həyata keçiriblər.

Onların üzərilərində və yaşadıqları evlərdə keçirilən axtarış zamanı heroin və metadon tərkibli narkotik vasitələr maddi sübut kimi müsadirə edilib.

Narkotik alverçilərini 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi