Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
- 28 may, 2022
- 16:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın paytaxtı Tbilisinin iki əsas simvolu - televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.
Axşam saatlarından etibarən 275 metrlik teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.
Azərbaycan bayrağının rənglərinə boyanmış teleqüllə və “Sülh körpüsü” Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Mənzərəni mərkəzi Rike parkdan Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları da izləyib.
İşıqlandırılma Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.