Tbilisi metrosunun işçiləri tətil elan ediblər - ƏLAVƏ OLUNUB

Tbilisi metrosunun işçiləri tətil elan ediblər - ƏLAVƏ OLUNUB Bakı. 4 iyun. REPORT.AZ/ Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətil elan ediblər.
Region
4 İyun , 2018 09:54
Tbilisi metrosunun işçiləri tətil elan ediblər - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətil elan ediblər.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, onlar tələbləri yerinə yetirliməyənədək işə çıxmayacaqlarını bildiriblər.

“Tətil tammiqyaslı olduğundan metropoliten iflic vəziyyətə düşüb. Tələblərimiz yerinə yetirilənədək biz aksiyanı davam etdirəcəyik. Biz hər saat üçün 10 lari (4 dollar) tələb edirik. Əmək haqqlarımızın 45 faiz artırlımasını istəyirk. Metorpoliten tələblərimiz yerinə yetirildikdən sonra açılacaq”, - aksiya iştirakçısı, maşinsit Beco Qoqiçaşvili bildirib.

Tbilis şəhərinin meri Kaxa Kaladze isə tətil elan edən metropoliten işçilərini qınayıb: “Mən imkan verməyəcəyəm ki, şantajdan və qeyri-müəyyən, sənədləşdirilməyən ultiumatumlardan şəhər sakinləri əziyyət çəksinlər. Metropolitenin bu gün işləməməsi öz həmvətənlərinin şantaj edilməsi deməkdir. Onların əmək haqqı polis patrullarının, təcili tibbi yardım briqadası həkimlərinin, xilasedicilərin və yanğınsöndürənlərin maaşlarından çoxdur ”. 

Mer bildirib ki, şəhərdə nəqilyyatın iflic vəziyyətə düşməsinin qarşısını almaq məqsədi ilə tətil müddətində avtobuslar sərnişinləri pulsuz daşıyacaq.

Qeyd edək ki, tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır. Hazırda maşinstlər saat hesabı 7 lari (2,8 dollar) əməkhaqqı alırlar.

Son xəbərlər

Orphus sistemi