Tbilisi məscidində Azərbaycan əsgərləri üçün dualar edilib

Tbilisi məscidində Azərbaycan əsgərləri üçün dualar edilib Tbilisi Cümə məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlər üçün dualar edilib.
Region
5 Oktyabr , 2020 19:47
Tbilisi məscidində Azərbaycan əsgərləri üçün dualar edilib

Tbilisi Cümə məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlər üçün dualar edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhid olanların ruhuna da Quran xətmi mərasimi keçirilib.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Ruhanilər Heyətinin üzvü Hacı Kamran Məmmədov, Azərbaycanlı Ağsaqqallar Şurasının üzvü Hacı İshaq Novruzov və başqaları torpaqlarının azadlığı uğrunda əks-hücum əməliyyatı aparan Azərbaycan dövlətinin mövqeyini dəstəklədiklərini bildiriblər.  

Çıxışlarda qeyd olunub ki, 30 ilə yaxın bir vaxtda BMT-nin qətnamələrinə və bir çox mötəbər beynəlxalq təşkilatların bəyannamələrinə məhəl qoyulmur və torpaqlarının 20%-i işğalda və bir milyon qaçqını olan bir xalq, təbii ki, bu haqsızlıqla barışa bilməzdi.

Tədbirin sonunda Azərbaycan və Gürcüstanın işğalda olan torpaqlarının azad edilməsi, ədalət əsasında sülhün bərpası və Allah yanında şəhidlərin daha uca məqama nail olmaları, qanlarının yerdə qalmamaları üçün dualar edilib. 

Son xəbərlər

Orphus sistemi