​Tbilisidə ilk "İpək yolu" Forumu başlayıb

​Tbilisidə ilk "İpək yolu" Forumu başlayıb Tədbirə müxtəlif ölkələrin baş nazirlərinin birinci müavinləri, nazirləri, 20 beynəlxalq maliyyə və donor təşkilatlarının rəhbərləri qatılıblar
Region
15 Oktyabr , 2015 14:31
​Tbilisidə ilk İpək yolu Forumu başlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə ilk "İpək yolu" Forumu başlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, forum çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.

Ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, "İpək yolu" Forumunda 30 ölkədən, o cümlədən Azərbaycandan minə yaxın nümayəndə iştirak edir.

Məlumata görə, tədbirə müxtəlif ölkələrin baş nazirlərinin birinci müavinləri, nazirləri, 20 beynəlxalq maliyyə və donor təşkilatlarının rəhbərləri qatılıblar.

Forum oktyabrın 16-dək davam edəcək.

Qeyd edək ki, forumu Gürcüstanın baş naziri İrakli Qaribaşvili təsis edib. 

Son xəbərlər

Orphus sistemi