Tbilisi hava limanı uçuşların bərpasına hazırlanır

Tbilisi hava limanı uçuşların bərpasına hazırlanır Tbilisi beynəlxalq hava limanında uçuşların bərpa edilməsi və sərnişinlərin təhlükəsizliyi üçün hazırlıq işləri həyata keçirilir.
Region
469
2 İyun , 2020 16:40
Tbilisi hava limanı uçuşların bərpasına hazırlanır

Tbilisi beynəlxalq hava limanında uçuşların bərpa edilməsi və sərnişinlərin təhlükəsizliyi üçün hazırlıq işləri həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Aeroportun operatoru olan “TAV Georgia” şirkəti sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq standartları tətbiq edib, əllərin dezinfeksiya edilməsi üçün xüsusi qurğular və hərarətin ölçülməsi üçün videoskanerlər quraşdırıb.

Bununla yanaşı, terminallarda təhlükəsiz məsafə saxlamaq üçün döşəməyə xüsusi stikerlər yapışdırılıb, qeydiyyat məntəqələri sərnişinlər və hava limanının işçi heyəti arasında təmasın qarşısını almaq üçün qoruyucu arakəsmələrlə təchiz olunub.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava aeroportda aparılan hazırlıq işləri ilə tanış olub. O bildirib ki, ölkə turistləri qəbul etmək üçün beynəlxalq hava limanlarını bütün epidemioloji təhlükəsizlik normalarına uyğunlaşdırmalıdır.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq. 

Son xəbərlər

Orphus sistemi