Tatarıstanda terror aktının qarşısı alınıb

Tatarıstanda terror aktının qarşısı alınıb Tatarıstanda təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıb.
Region
31 İyul , 2019 14:36
Tatarıstanda terror aktının qarşısı alınıb

Tatarıstanda təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının tərəfdarı olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Tutulanlar Rusiya vətəndaşlarıdır. İstintaq sirri olduğu üçün onların kimliyi açıqlanmır. Onlardan partlayıcı maddə və əldəqayırma partlayıcı qurğunun hissələri götürülüb.

Rusiya baş prokurorunun müavini Aleksandr Buksman ölkədə terror aktlarına cəhdlərin sayının artdığını, cari ilin əvvəlindən 17 belə hadisənin qarşısının alındığını bildirib. 

Son xəbərlər

Orphus sistemi