Tatarıstanda İŞİD-in bölməsi aşkarlanıb və zərəsizləşdirilib

Tatarıstanda İŞİD-in bölməsi aşkarlanıb və zərəsizləşdirilib Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), DİN və Milli Qvardiya ilə birlikdə Tatarıstanda İŞİD terror təşkilatının yerli bölməsini aşkarlayıb.
Region
30 Oktyabr , 2018 12:27
Tatarıstanda İŞİD-in bölməsi aşkarlanıb və zərəsizləşdirilib
РИА "Новости"
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), DİN və Milli Qvardiya ilə birlikdə Tatarıstanda İŞİD terror təşkilatının yerli bölməsini aşkarlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bölmənin üzvləri Rusiya ərazisində bir neçə irimiqyaslı hücum təşkil etməyi, daha sonra da Suriyadakı həmkarlarına qoşulmağı nəzərdə tuturmuşlar: “Bu məqsədlə onlar radikal ovqatlı gənclərdən özlərinə tərəfdar toplayır və terror üçün ləvazimat əldə edirdilər”.

Məlumata görə, cəmi 7 nəfər İŞİD üzvü və 18 nəfər təəssübkeş saxlanılıb, 18 ünvanda aparılan axtarış zamanı silah-sursat, radikal məzmunlu ədəbiyyat, İŞİD rəmzləri müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi