Tatarıstanda helikopter qəzası baş verib, rusiyalı deputat ölüb

Region
  • 07 fevral, 2020
  • 16:27
Tatarıstanda helikopter qəzası baş verib, rusiyalı deputat ölüb

Tatarıstanın Laişevo şəhəri yaxınlığında “Bell 406” tipli helikopter qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, helikopterin Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Ayrat Xayrullinə məxsus olduğu bildirilir.

Qəza zamanı A.Xayrullin ölüb, onun köməkçisi və pilot xəstəxanaya çatdırılıb.