"Taşir" "RusQidro"nun Ermənistandakı kaskadını alır

"Taşir" "RusQidro"nun Ermənistandakı kaskadını alır Rusiyanın “RusQidro” Sevan-Razdan Su Elektrik Stansiyasının kaskadını rusiyalı erməni iş adamı, “Taşir” şirkətinin sahibi Samvel Karapetyana satır.
Region
28 Noyabr , 2019 14:36
Taşir RusQidronun Ermənistandakı kaskadını alır

Rusiyanın “RusQidro” Sevan-Razdan Su Elektrik Stansiyasının kaskadını rusiyalı erməni iş adamı, “Taşir” şirkətinin sahibi Samvel Karapetyana satır.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, kaskadın qiyməti 173 milyon rubldur (2 milyon 706 min 940 dollar).

Sövdələşmə başa çatdıqdan sonra Rusiyanın bu şirkətinin aktivləri Ermənistanın elektrik enerjisi təchizatı sahəsində yalnız Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunda qalacaq. Bundan başqa, Rusiyanın Atom Enerjisi Təşkilatı “Rosatom” Ermənistan Atom Elektrik Stansiyasının modernləşməsində iştirak edir. Bu layihə isə Rusiyanın əsasən dövlət krediti reallaşır.

Sevan-Razdan kaskadı 1930-1965-ci illərdə mövcud olub.

Qeyd edək ki, Rusiyanın energetika şirkəti “RusQidro” dünyada stansiyaların quraşdırılması üzrə 3-cü yerdədir. Şirkət 2004-cü ildə Krasnoyarskda qeydiyyata alınıb. Mənzil-qərargahı Moskvada yerləşir. “RusQidro” aksiyalarının 60 faizinə Rusiya Federasiyası nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi