"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında yaxın günlərdə Əfqanıstanın paytaxtı Kabilə gedəcəyini bildirib: "Bu istiqamətdə danışıqlar davam edir".
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb.
Qeyd edək ki, bu, "Taliban"ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.