"Taliban" Əfqanıstanla İran və Türkmənistan arasındakı keçid məntəqələrinə nəzarəti ələ keçirib - YENİLƏNİB

"Taliban" Əfqanıstanla İran və Türkmənistan arasındakı keçid məntəqələrinə nəzarəti ələ keçirib - YENİLƏNİB “Taliban” qruplaşması Türkmənistanla Əfqanıstan arasındakı sərhəd keçid məntəsəqini nəzarəti ələ keçirib.
Region
9 İyul , 2021 17:09
Taliban Əfqanıstanla İran və Türkmənistan arasındakı keçid məntəqələrinə nəzarəti ələ keçirib - YENİLƏNİB

“Taliban” qruplaşması Əfqanıstanla İran sərhədində daha bir sərhəd-buraxılış məntəqəsinə nəzarəti ələ keçirib.

“Report” xəbər verir ki, məlumatı “Pejak” yayıb.

Bildirilib ki, ölkənin Fərəh əyalətindəki Əbu Nəsr Fərəhi məntəqə qruplaşmasının nəzarəti altına keçib.

"Taliban” bundan əvvəl İranla sərhəddə yerləşən İslam Qala yaşayış məntəqəsini ələ keçirdiyi bildirmişdi. Qruplaşma Əfqanıstan ərazisinin 85 faizinə nəzarət etdiyini elan edib.

11.00

“Taliban” qruplaşması Əfqanıstanla İran arasındakı baş sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qruplaşmanın nümayəndəsi “France Press” bildirib.

Agentliyin məlumatın əsasən, Əfqanıstanın İslam Qala yaşayış məntəqəsi tamamilə “Taliban”ın nəzarəti altındadır.

Qruplaşmanın nümayəndəsi “RİA Novosti”yə deyib ki, qonşu dövlətlər sərhədlərinin təhlükəsizliyindən tam arxayın ola bilərlər.

Əfqanıstan hakimiyyəti bildirib ki, “Taliban” qruplaşması Türkmənistanla Əfqanıstan arasındakı sərhəd keçid məntəsəqinə də nəzarəti ələ keçirib.

Son xəbərlər

Orphus sistemi