​Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

​Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb Bu ilin 5 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 3 milyon dollar təşkil edib
Region
17 İyun , 2016 17:35
​Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bakı. 17 iyun. REPORT.AZ/ Tacikistanla Azərbaycan arasında ticarət dövriyəsi bu ilin 5 ayı ərzində dörd dəfəyə yaxın artaraq, 3 milyon dollar təşkil edib.

"Report" Tacikistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

İnformasiyaya əsasən, 2016-cı ilin 5 ayı ərzində Ermənistanla Tacikistan arasında ticarət dövriyyəsi 91,7 min dollar təşkil edərək, ötən ilin uyğun dövrü ilə müqayisədə 84,6 faiz azalıb.

Məlumata görə, Tacikistanın xarici ticarət dövriyyəsində Rusiya birinci yerdədir. Bununla belə ötən ilin uyğun dövrü ilə müqayisədə 2016-cı ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi 3,5 faiz azalıb. 

Son xəbərlər

Orphus sistemi