Qırğız tərəfi 31 nəfərin yaralandığını, 1 nəfərin öldüyünü açıqlayıb - YENİLƏNİB

Qırğız tərəfi 31 nəfərin yaralandığını, 1 nəfərin öldüyünü açıqlayıb - YENİLƏNİB Yerli vaxtla saat 11:45-də Qırğız Respublikası vətəndaşları Tacikistan vətəndaşlarına odlu silahdan atəş açıb
Region
350
29 Aprel , 2021 18:30
Qırğız tərəfi 31 nəfərin yaralandığını, 1 nəfərin öldüyünü açıqlayıb - YENİLƏNİB

Qırğız Respublikasının Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində xəsarət alanlarla bağlı məlumatları yeniləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, münaqişə nəticəsində 31 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Tacikistan tərəfi isə İsfar şəhərinin merinin çiynindən güllə yarası aldığını iddia edir.

14:26

Tacikistan ilə Qırğız Respublikası sərhədində baş vermiş atışma nəticəsində Tacikistanın 2 vətəndaşı güllə yarası alıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Mərkəzin verdiyi məlumata görə, yerli vaxtla saat 11:45-də Qırğız Respublikası vətəndaşları Tacikistan vətəndaşlarına odlu silahdan atəş açıb. Atışma nəticəsində Somoniyon qışlağının sakini 31 yaşlı Okil Amakov başından yaralanıb və İsfara şəhərinin mərkəzi xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.

Bundan başqa, Somoniyonun 30 yaşlı sakini Sattor Samadov qolundan və ayağından çoxsaylı yaralar alıb. O da İsfara şəhərinin mərkəzi xəstəxanasına yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir.

Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistan sərhədçilərini sərhəddə avtomat və minaatanlardan atəş açmaqda günahlandırıb.

Son məlumatlara görə, insident nəticəsində 4 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi