Rusiyada taksi sürücüsü sərnişinə çəkmələrindəki qara görə atəş açıb - FOTO

Rusiyada taksi sürücüsü sərnişinə çəkmələrindəki qara görə atəş açıb - FOTO Bakı. 28 yanvar. REPORT.AZ/ Kazan şəhərində taksi sürücüsü sərnişinə çəkmələrindəki qarı çırpmadığına görə atəş açıb.
Region
28 Yanvar , 2019 05:58
Rusiyada taksi sürücüsü sərnişinə çəkmələrindəki qara görə atəş açıb - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Kazan şəhərində taksi sürücüsü sərnişinə çəkmələrindəki qarı çırpmadığına görə atəş açıb.

"Report" "KazanFirst"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Əmirxan prospektində, təmir-tikinti malları mağazasının qarşısında olub. Taksi çağırmış üç nəfər maşına əyləşmək istəyən zaman sürücü onlardan çəkmələrindəki qarı çırpmağı xahiş edib.

Sərnişinlər onun xahişini yerinə yetirməyiblər. Buna görə də tərəflər arasında qarşıdurma yaranıb. Bu zaman taksi sürücüsü travmatik tapançadan sərnişinlərdən birinin boyun nahiyəsinə atəş açıb.

Hadisəni törədən sürücü bundan sonra ərazidən uzaqlaşaraq gizlənib. Lakin insidentin bütün iştirakçılarını polis bölməsinə aparılıb. 

Daha əvvəl Kazanda azərbaycanlı iş adamı intihar edib. 

Son xəbərlər

Orphus sistemi