Suriyanın şimalında PKK-nın rəhbərlərindən biri məhv edilib

Region
  • 06 oktyabr, 2022
  • 07:17
Suriyanın şimalında PKK-nın rəhbərlərindən biri məhv edilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın şimalında, Aynularap ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşması PKK/YPG-nin rəhbərliyində təmsil olunan Hasan Demirtaşı məhv edib.

“Report” xəbər verir ki, məlumatı MİT yayıb.

O, qruplaşmanın Ayn əl-Ərəb (Kobani) vilayətinin başçısı olub.