Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib

Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib Şəhər PKK/YPG terrorçularından təmizlənib
Region
18 Mart , 2018 11:06
Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib

Bakı. 18 mart. REPORT.AZ/ Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, müxalifət qüvvələrinin yaratdığı "Azad Suriya Ordusu" birləşmələri bu gün səhər saatlarından cənub-şərqdən Afrinin mərkəzinə daxil olmağa başlayıblar və son məlumatlara görə, şəhərə nəzarət artıq tam olaraq ələ keçirilib.

Bu, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" anti-terror əməliyyatı çərçivəsində baş tutub. Şəhər PKK/YPG terrorçularından təmizlənib.

Orphus sistemi