Suriyadan Aralıq dənizinə axan neft sızıntısı Türkiyə sahillərinə çatıb

Suriyadan Aralıq dənizinə axan neft sızıntısı Türkiyə sahillərinə çatıb Suriyadan Aralıq dənizinə axan neft sızıntısı Türkiyənin Hatay bölgəsinin sahillərinə çatıb.
Region
3 Sentyabr , 2021 15:06
Suriyadan Aralıq dənizinə axan neft sızıntısı Türkiyə sahillərinə çatıb

Suriyadan Aralıq dənizinə axan neft sızıntısı Türkiyənin Hatay bölgəsinin sahillərinə çatıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

“Həm dənizdən, həm sahildən müdaxilə edilir. Açıq dənizə axan neft sızıntısı Şimali Kipr Türk Respublikasının da sularına doğru irəliləyir. Hazırda toplam 6 gəmi ilə təmizlik işləri davam etdirilir”, - o vurğulayıb.

Qeyd edək ki, Suriyanın şimal-qərbindəki Banyas şəhərindən Aralıq dənizinə axan neft sızması nəticəsində dənizin şərq hissəsi çirklənib.

Son xəbərlər

Orphus sistemi