Suriyada rusiyalı general həlak olub

Suriyada rusiyalı general həlak olub Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığında Rusiyadan olan və adı açıqlanmayan general-mayor rütbəli hərbi müşavir həlak olub.
Region
18 Avqust , 2020 20:28
Suriyada rusiyalı general həlak olub

Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığında Rusiyadan olan və adı açıqlanmayan general-mayor rütbəli hərbi müşavir həlak olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Rusiya ordusuna məxsus karvanın Deyr əz-Zordan Hmeymim hərbi bazasına gedərkən yolda basdırılmış partladıcı qurğunun işə salınması nəticəsində baş verib.

Daha iki rus hərbçi ilə yanaşı, həmin şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Həmin zabitin ölümdən sonra dövlət mükafatına təqdim edildiyi də bildirilir.

Son xəbərlər

Orphus sistemi