Suriyada öldürülən Rusiya vətəndaşlarının sayı açıqlanıb

Suriyada öldürülən Rusiya vətəndaşlarının sayı açıqlanıb Nazirlik iki il ərzində Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın təxminən 33 hərbçisinin öldüyünü təsdiqləyib
Region
2 Avqust , 2017 15:25
Suriyada öldürülən Rusiya vətəndaşlarının sayı açıqlanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Suriyada 2017-ci ilin ilk yarısında Rusiyanın 40 vətəndaşı, o cümlədən 17-si hərbçi və 21-i xüsusi hərbi şirkətlərin döyüşçüsü ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölənlərin qohumları və dostları bildirib.

Ölənlərdən ikisinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu müddət ərzində 10 hərbçisinin öldüyünü bildirib. Nazirlik itki ilə bağlı “Reuters”in sorğusunu cavablandırmayıb.

Xəbərdə bildirilib ki, nazirlik iki il ərzində Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın təxminən 33 hərbçisinin öldüyünü təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi