Suriya və İraqda İranın 2100 hərbçisi ölüb

Suriya və İraqda İranın 2100 hərbçisi ölüb Təkcə ötən ilin noyabrında Suriyada döyüşdə minədək İran hərbçisi həlak olub
Region
7 Mart , 2017 14:45
Suriya və İraqda İranın 2100 hərbçisi ölüb
AP

Bakı. 7 mart. REPORT.AZ/ Son üç ildə İranın İraq və Suriyada 2100 nəfər hərbçisi ölüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İranın Veteranlara və Şəhid Ailələrinə Dövlət Yardımı Fondunun başçısı Məhəmmədəli Şahidi İraq və Suriyada həlak olan iranlı hərbçilərlə bağlı keçirilən konfransda bildirib.

Məlumata görə, təkcə ötən ilin noyabrında Suriyada döyüşdə minədək İran hərbçisi ölüb.

Xəbərdə bildirilib ki, ölənlərin heç də hamısı İran vətəndaşı olmaya bilər. Onların arasında Əfqanıstan və ya Pakistan vətəndaşlarının olduğu da istisna edilmir. Təxminən bir il əvvəl onların ailə üzvlərinə İran vətəndaşlığının verilməsi barədə uyğun qanun qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi