Suriya ilə sərhəddə Türkiyənin 3 əsgəri həlak olub

Suriya ilə sərhəddə Türkiyənin 3 əsgəri həlak olub Türkiyə Silahlı Qüvvələri Baş Qəragahı isə hadisə ilə bağlı açıqlama yayıb
Region
9 Dekabr , 2014 12:39
Suriya ilə sərhəddə Türkiyənin 3 əsgəri həlak olub

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə 3 hərbçisini itirib. "Report"un "Habertürk"ə  istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Şanlıurfa rayonunun Ceylanpınar qəsəbəsində - qəsəbə mərkəzindən 15 kilometr aralı Gökçayır məhəlləsində baş verib.

Şanlıurfa valisi İzzəddin Küçük faktı təsdiqləyib. O bildirib ki, hərbçilərin həlak olmasının səbəbləri araşdırılır. Mənbə deyib ki, Suriyanın Telnazir kəndində "İŞİD"-lə kürd yaraqlıları arasında atışma gedir: "Odur ki, atəşin həmin istiqamətdən də gəldiyi  güman edilir".

Türkiyə Silahlı Qüvvələri Baş Qəragahı isə hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu terror hadisəsi deyil: "Bir əsgərin məsuliyyətsizliyi üzündən özü və 2 əsgər yoldaşı həlak olub".

Son xəbərlər

Orphus sistemi