Süleyman Soylu: "Türkiyə Prezidenti Şərqlə Qərbi bir araya gətirdi"

Süleyman Soylu: "Türkiyə Prezidenti Şərqlə Qərbi bir araya gətirdi" “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqlə Qərbi bir araya gətirdi".
Region
5 May , 2023 16:06
Süleyman Soylu: Türkiyə Prezidenti Şərqlə Qərbi bir araya gətirdi
Süleyman Soylu

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqlə Qərbi bir araya gətirdi".

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə xalqı həmişə Ərdoğanı qoruyub, ona sahib çıxıb: “Türkiyə xalqı bunun nəticəsində ölkəmizdə inqilabların yaranmasına səbəb olub. Məhz xalqın dəstəyi nəticəsində Qərbə qalib gəldik”.

S.Soylu bildirib ki, Ərdoğan da həmişə xalqının yanında olub, ölkəsinin təhlükəsizliyini riskə atmayıb.

Nazir vurğulayıb ki, Türkiyə “Barış pınarı”, “Fırat kalkanı” kimi əməliyyatlarla terrorçulara ağır zərbə vurub: “Biz illərdir həm Suriya və İraqın şimalını terrorçulardan təmizləyir, həm də oralardakı yerli əhalinin təhlükəsizliyini təmin edirik”.

Son xəbərlər

Orphus sistemi