Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”

Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır” Türkiyədə PKK terrorçuları məhv edilib.
Region
24 Oktyabr , 2021 10:36
Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”
Süleyman Soylu

Türkiyədə PKK terrorçuları məhv edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb.

O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər.

Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, - deyə sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb. Mustafa Karayılan PKK rəhbərlərindəndir.

Son xəbərlər

Orphus sistemi