Rusiyaya endirilən zərbələr Ukrayna istehsalı dronlarla həyata keçirilir.
“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna – 2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin çıxış edərkən deyib.
“Rusiya Federasiyasının strateji obyektlərinə zərbələr Ukrayna istehsalı olan dronlarla həyata keçirilir”, – nazir söyləyib.
Siyasətçi əlavə edib ki, bu il ukraynalılar milli yerüstü robot sistemləri haqqında daha çox eşidəcəklər: “Keçən il böyük miqyasda havada, dənizdə dronlar gördük. Bu il onları yerdə gördüyümüz il olacaq”.
Qeyd edək ki, daha öncə Ukraynanın müdafiə naziri Rustem Umerov eyni tədbirdə ölkəsinin cari il üçün nəticə verəcək güclü planı olduğunu açıqlayıb.