"SSRİ-də siyasi terror qurbanları"nın yenilənmiş məlumat bazasına Azərbaycandan yeni adlar daxil edilib

"SSRİ-də siyasi terror qurbanları"nın yenilənmiş məlumat bazasına Azərbaycandan yeni adlar daxil edilib Yeni versiyada 3.1 milyon ad var
Region
146
8 Dekabr , 2017 06:40
SSRİ-də siyasi terror qurbanlarının yenilənmiş məlumat bazasına Azərbaycandan yeni adlar daxil edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ "Memorial" Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyəti "SSRİ-də siyasi terror qurbanları"nın yenilənmiş məlumat bazasını təqdim edib.

“Report” xəbər verir ki, yeni versiyaya bir neçə ölkədən, xüsusən də Azərbaycandan Stalin repressiyası qurbanlarının adları daxil edilib.

Yeni versiyada 3.1 milyon ad var. On il əvvəl dərc olunan siyahıda isə onların sayı 500 min nəfər az idi.

Yeni bazanın əsasını əsrin son rübündə Rusiyanın bölgələrində nəşr olunan və Stalin repressiyası qurbanlarının adlarını özündə əks etdirən 412 cildlik Yaddaş kitabı təşkil edir. Əvvəl nəşr olunanlara daha 170 kitab əlavə edilib. Yenilənmiş məlumat bazasına Azərbaycanla yanaşı, Gürcüstan və Ukrayna, həmçinin Bryansk və Saxalin bölgələrindən əvvəlki versiyalarda olmayan materiallar əlavə edilib.

Son xəbərlər

Orphus sistemi