Sözçü: "Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir"
Region
- 13 iyun, 2023
- 08:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ukrayna müdafiəçiləri Baxmut, Toretsk və Berdyansk istiqamətlərində uğurla irəliləyir".
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev bildirib.
Onun sözlərinə görə, Zaporoje vilayətinin Lobkovo, Levadnoye, Novodarovka, Donetsk vilayətinin Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye kəndləri işğaldan azad edilib.
A.Kovalev deyib ki, Ukrayna qoşunları Baxmut istiqamətində sol cinahda 1,5 km, sağda isə 3,5 km irəliləyib: “Berxovsk su anbarı rayonunda isə ötən sutka Ukrayna hərbçiləri 250 metr irəliləyib”.
Sözçü vurğulayıb ki, ukraynalılar Berdyansk istiqamətində 500-1000 metr irəliləyərək 3 kv. km ərazini azad ediblər.
Son xəbərlər
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə