Sorğu: Rusiyalıların üçdə ikisi Putinə səs verməyə hazırdır

Sorğu: Rusiyalıların üçdə ikisi Putinə səs verməyə hazırdır İkinci və üçüncü yerlərdə Vladimir Jirinovski (7%) və Gennadi Zyuqanov (4%) yer alıb
Region
29 Sentyabr , 2017 17:18
Sorğu: Rusiyalıların üçdə ikisi Putinə səs verməyə hazırdır
Rusiya prezidenti Vladimir Putin / AFP 2017/ DON EMMERT

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyada prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rusiyalıların üçdə ikisindən çoxu hazırkı prezident Vladimir Putinə səs verərdi.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "İctimai rəy" fondunun keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.

Sorğu göstərib ki, Rusiya vətəndaşlarının 67%-i V.Putinə səs verməyə hazırdır. Qeyd edək ki, 2016-cı ilin birinci rübündə bu rəqəm 71%, ikinci rübündə isə 64% təşkil edib və o vaxtdan bəri göstərici 60-67% arasında dəyişir.

Sorğunun nəticələrinə görə, ikinci və üçüncü yerlərdə Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) başçısı Vladimir Jirinovski (7%) və Rusiya Kommunist Partiyasının (KPRF) rəhbəri Gennadi Zyuqanov (4%) yer alıb.

Respondentlərin 8%-i seçkiyə getməyəcəyini, 2%-i bülletenləri korlayacağını, 9%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, sorğu 73 subyektdə 3000 respondent arasında keçirilib. 

Son xəbərlər

Orphus sistemi