Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək

Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək Gürcüstan əhalisinin yarıdan çoxu oktyabrda keçiriləcək parlament seçkilərində hakim partiyaya səs verməyə hazırdır.
Region
14 Avqust , 2024 21:39
Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək

Gürcüstan əhalisinin yarıdan çoxu oktyabrda keçiriləcək parlament seçkilərində hakim partiyaya səs verməyə hazırdır.

"Report"un yerli bürosu xəbər verir ki, GORBI təşkilatının “İmedi” telekanalının sifarişi ilə keçirilən sorğusunun nəticələri bunu göstərir.

Respondentlərin bildirib ki, seçkilərdə 59,3 %-i “Gürcü Arzusu” və “Xalqın Gücü” koalisiyasına səs verəcək.

Rəyi soruşulanların 13,1 %-i ən böyük müxalifət qüvvəsi olan “Vahid Milli Hərəkat” və “Aqmaşenebeli Strategiyası” koalisiyasına, 5,8 %-i “Gürcüstan üçün Lelo”, “Xalq üçün” və “Azadlıq Meydanı” koalisiyasına, 5,5 %-i “Axali”, “Droa” və “Girchi - daha çox azadlıq” koalisiyasına, 4,8 %-i keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına, 3 %-i Rusiya ilə münasibətlərin qurulmasını müdafiə edən “Gürcüstan Vətənpərvərləri Alyansı” və “Alt-info” koalisiyasına görə səs verəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi