Ukraynada son sutkada məhv edilən İran istehsalı olan PUA-ların sayı 37-yə çatıb - YENİLƏNİB
- 17 oktyabr, 2022
- 08:28
Son sutka ərzində Ukraynanın cənubunda İran istehsallı 37 “Şahed” PUA-sı vurulub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından bildirilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.
İran XİN Ukraynaya PUA verilməsini təkzib edir.
10:35
Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsalı olan 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.