Son 4 ildə 6075 rusiyalı Gürcüstan vətəndaşlığını qəbul edib

Region
  • 02 sentyabr, 2022
  • 11:49
Son 4 ildə 6075 rusiyalı Gürcüstan vətəndaşlığını qəbul edib

2018-2022-ci illərdə Rusiyanın 6 075 vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib.

“Report” “Novosti Qruziya”ya istinadən xəbər verir ki, bu, İnformasiya Azadlığının İnkişafı İnstitutunun yaydığı statistikada öz əksini tapıb.

Qeyd olunub ki, 2021-ci ildə 1342, 2020-ci ildə 629, 2019-cu ildə 1219, 2022-ci ilin ilk yeddi ayı ərzində isə 723 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib.

İnstitutun hesabatına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Rusiya vətəndaşları arasında Gürcüstan vətəndaşlığını almağa çalışanların sayı artıb.