Sivasda mehmanxanada partlayış baş verib, xəsarət alanlar var

Sivasda mehmanxanada partlayış baş verib, xəsarət alanlar var Türkiyənin şimalında yerləşən Sivas vilayətində mehmanxanada partlayış baş verib.
Region
21 Yanvar , 2025 12:55
Sivasda mehmanxanada partlayış baş verib, xəsarət alanlar var

Türkiyənin şimalında yerləşən Sivas vilayətində mehmanxanada partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində ən azı dörd nəfər xəsarət alıb.

"Partlayışdan sonra yanğın başlayıb. Sivas Gənclər və İdman Departamentinin dörd idmançısı xəsarət alıb", - nəşr bildirib.

Ağır yaralanmış idmançılardan biri helikopterlə təxliyə edilib.

Qəzetin məlumatına görə, "Yıldız Dağı" xizək kurortundakı mehmanxanada qaz sızması baş verib.

Son xəbərlər

Orphus sistemi