Şirin İbadi: İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir

Şirin İbadi: İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir.
Region
26 Dekabr , 2024 09:46
Şirin İbadi: İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir

İranda əllərin amputasiyası ilə bağlı verilən hökmün icrası orta əsrlərə aid vəhşilik, insanlıqdan uzaq addımdır və ləğv edilməlidir.

“Report” xəbər verir ki, bunu İnsan Hüquq Müdafiəçiləri Mərkəzinin rəhbəri, Nobel sülh mükafatçısı Şirin İbadi instaqram səhifəsində yazıb.

“Vaxtilə Səudiyyə Ərəbistanı kimi ölkələr bu cür cəzaya görə məsxərəyə qoyulurdu. Ancaq indi əməldə İran İslam Respublikası cinayətkarların əllərini kəsməkdə liderdir”, - o bildirib.

Şirin İbadi vurğulayıb ki, amputasiya cəzasının yeganə məqbul həll yolu bu vəhşi hökmün həmişəlik ləğvidir: “Əli kəsiləcək məhkumun anesteziya edilməsi bu cəzanın icrasının çirkinliyini azalda bilməz”.

Qeyd edək ki, əl kəsilmə cəzası İranın Cinayət Məcəlləsinin 278-ci maddəsinə əsasən tətbiq edilir.

Əllərin kəsilməsi insan ləyaqətinə zidd olduğu üçün beynəlxalq təşkilatlar tərəfindən geniş şəkildə tənqid edilən cəzalardan biridir.

Son xəbərlər

Orphus sistemi