"Report" TRT-yə istinadən xəbər verir ki, Foruma Türk dünyasını bir araya gətirən 21 dövlətdən 100-ə yaxın mətbuat işçisi qatılıb.
Forumun açılışına, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazir Köməkçisi Bülent Arınç, Şimali Kipr Türk RespublikasıMəclisinin sədri Sibel Siber və Baş naziri Özkan Yorgancıoğlu da qatılıb.
Forumda, Türk dünyasında yaşanan problemlərin dünyaya kifayət qədər çatdırılması vurğulanıb.
Cəmil Çiçək, çıxışında Türk dünyasındakı problemlərin bütün həqiqəti ilə dünyaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını söyləyib.
Bülent Arınç da, Kipr Türk xalqının haqlı olduğu mǝsǝlǝnin dünyaya çatdırılmasının çətin olduğunu deyərək, mətbuat mənsublarının bu mövzuda həssas olmalarını istəyib.
Baş nazir Özkan Yorgancıoğlu da 500 ildən artıqdır adada yaşayan Kipr Türklərinin dil və mədəniyyətləri ilə azad yaşamaları üçün mübarizə apardığını ifadə edib.
Sabah sona çatacaq forumda medianın dili və digər problemlər müzakirə ediləcək.