Krım yarımadasındakı Baxçasaray şəhərində partlayış səsləri eşidilib.
“Report” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilib.
Qeyd edək ki, bu, gün ərzində Krım ərazisində qeydə alınan üçüncü partlayışdır.
Daha əvvəl Sevastopol və Yevpatoriya şəhərində oxşar hadisələr baş verib.
Rusiya tərəfi Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayışı təsdiqləyib.
"Report” TASS-a istinadən bildirir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev məlumat verib.
O, qərargahın PUA ilə vurulduğunu bildirib. Məlumata görə, itki yoxdur.
Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayış baş verib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə görüntülər yayılıb.
Hazırda görüntülərlə bağlı məlumat dəqiqləşdirilir.