Səudiyyə Ərəbistanı İran aviaşirkətinin ölkəyə uçuşlarına qadağa qoyub

Səudiyyə Ərəbistanı İran aviaşirkətinin ölkəyə uçuşlarına qadağa qoyub Bu barədə qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qəbul edilib
Region
5 Aprel , 2016 05:28
Səudiyyə Ərəbistanı İran aviaşirkətinin ölkəyə uçuşlarına qadağa qoyub

Bakı. 5 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Mülki Aviasiya Şirkəti İranın "Mahan Air" aviaşirkətinə krallığın hava limanlarında eniş etmə icazəsinin verilməsi və hava sahəsindən istifadəsini qadağan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə idarənin saytına yerləşdirilən məlumatda bildirilir.

İdarə nümayəndələri bildirir ki, İranın "Mahan Air" aviaşirkətinin uçuşlarına qadağanın tətbiq edilməsinə səbəb səyahətçilərin təhlükəsizliyinin təmin edilməsi və onların həyatı üçün narahatçılıq səbəb olub.

Aviasiya idarəsindən qeyd olunub ki, xarici aviadaşıyıcıların işlərinin monitorinqi zamanı "Mahan Air" aviaşirkətinin fəaliyyətində təhlükəsizliyə dair milli uçuş sisteminin qayadalarının pozulması halı aşkarlanıb.

İdarə ölkədə qüvvədə olan mülki aviasiya qanununun 163-cü maddəsinə əsasən, İran şirkətinin uçuşlarını qadağan edib.

Son xəbərlər

Orphus sistemi