Şərqi Azərbaycanda zəlzələ olub

Şərqi Azərbaycanda zəlzələ olub İranın mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4,2 və 4 bal gücündə iki zəlzələ olub.
Region
8 İyun , 2021 10:29
Şərqi Azərbaycanda zəlzələ olub

İranın mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4,2 və 4 bal gücündə iki zəlzələ olub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Birinci zəlzələ yerli vaxtla səhər saat 03.31-də baş verib. Yeraltı təkanların episentri 8 km dərinlikdə yerləşib.

4 bal gücündə olan ikinci zəlzələ isə saat 07.44-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Yeraltı təkanlar nəticəsində itki, yaralı və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi