Serj Sarqsyanın mühafizə rəisinin evindən 1,75 milyon dollar və qiyməti 1 milyon dollar olan iki tapança aşkarlanıb

Serj Sarqsyanın mühafizə rəisinin evindən 1,75 milyon dollar və qiyməti 1 milyon dollar olan iki tapança aşkarlanıb Bakı. 21 iyun. REPORT.AZ/ Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarqsyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.
Region
21 İyun , 2018 17:17
Serj Sarqsyanın mühafizə rəisinin evindən 1,75 milyon dollar və qiyməti 1 milyon dollar olan iki tapança aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarqsyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib.

Onun sözlərinə görə, axtarış nəticəsində V.Kazaryanın evindən 1,75 milyon dollar aşkarlanıb: “Axtarış zamanı evdən, ümumilikdə, 1,74 milyon dollar tapılıb. Bunun 1,1 milyonu ABŞ dolları, 230 mini Britaniya funt-sterlinqi, 36 milyonu Ermənistan dramıdır. İstintaq bu pulların mənşəyini müəyyənləşdirəcək”.

Aşkarlanan pullar müsadirə edilib. Bundan başqa, onun evindən qiyməti 1 milyon dollar olan iki sənədli tapança da aşkarlanıb.

S.Truzyan deyib ki, mühafizə rəisinin ailəsinə məxsus “Yans” restoranı da qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi