Serj Sarqsyan baş müşaviri və mətbuat katibini işdən çıxarıb

Region
  • 09 aprel, 2018
  • 07:42
Serj Sarqsyan baş müşaviri və mətbuat katibini işdən çıxarıb

Bakı. 9 aprel. REPORT.AZ/ Səlahiyyət müddəti bu gün başa çatacaq Ermənistan prezidenti Serj Sarqsyan baş müşaviri və mətbuat katibi Aram Qaribyanı tutduğu vəzifədən azad edib.

“Report” “Novosti-Armenii”yə istinadən xəbər verir ki, S.Sarqsyan aprelin 9-da bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, apelin 9-da günorta saatlarında S.Sarqsyanın səlahiyyət müddəti başa çatacaq. Armen Sarkisyan saat 12:00-da Ermənistanın yeni prezidenti kimi and içəcək.