Sergey Lavrov Qərbi ittiham edib: “Kiyevi müharibənin uzadılmasına hazırlayırlar”
Region
- 02 mart, 2023
- 11:53
“Biz ciddi danışıqlardan imtina etmirik”.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələri xarici işlər nazirlərinin toplantısında etdiyi çıxışında deyib.
O bildirib ki, Qərb ölkələri Kiyevi müharibənin uzadılmasına hazırlayır: “Biz siyasi həllin tapılması üçün ciddi təkliflərdən imtina etmirik. Amma Qərb ölkələrdən heç olmasa birinin Ukraynanı danışıqlara çağırdığını xatırlamıram”.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər müavini Sergey Ryabkov söyləmişdi ki, rəsmi Moskva ilkin şərt olmadan Kiyevlə dialoqa hazırdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Son xəbərlər
14:02
"Tottenhem" 53 ildən sonra antirekordunu təkrarlayıb
Futbol13:56
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Elm və təhsil13:54
Foto
Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?
Digər ölkələr13:46
Hindistanın Bihar ştatındakı daşqınlardan 1,685 milyon milyondan çox insan zərər çəkib
Digər ölkələr13:32
Qalibaf: Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək
Region13:23
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib
Komanda13:03
"Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib
Futbol13:01
ABŞ tariflərinə görə "Jaguar Land Rover"də ixtisarlar planlaşdırılır
Digər ölkələr12:47