Sergey Lavrov mayın 10-da Vaşinqtonda Reks Tillersonla görüşəcək

Sergey Lavrov mayın 10-da Vaşinqtonda Reks Tillersonla görüşəcək Görüş zamanı beynəlxalq və ikitərəfli münasibətlərin aktual məsələlərinə dair fikir mübadiləsi aparılacaq
Region
8 May , 2017 18:31
Sergey Lavrov mayın 10-da Vaşinqtonda Reks Tillersonla görüşəcək

Bakı. 8 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 9-dan 11-dək ABŞ-a işgüzar səfər edəcək.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

"Mayın 10-da Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar nəzərdə tutulub. Görüş zamanı əsas beynəlxalq məsələlər və ikitərəfli münasibətlərə dair fikir mübadiləsinin aparılması gözlənilir", - XİN-in məlumatında deyilir. 

Son xəbərlər

Orphus sistemi