Bakı. 14 yanvar. REPORT.AZ/ "İranla ortaq hədəflər uğrunda mübarizə aparmaq üçün 5 ölkədə 200 minə yaxın silahlı gənc hazır vəziyyətdədir".
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçilər Qvardiyasının (SEPAH) komandanı Əli Cəfəri Tehranda İslam Təhsili Strateji Araşdırma Mərkəzində keçirilən toplantıda bildirib.
"Bölgədə baş verənlər imamın (12-ci İmam Mehdi ) zühuru üçün şəraiti hazırlamaqdadır. Bunun müsbət nəticəsi olaraq, Suriya, İraq, Əfqanıstan, Pakistan və Yəməndə 200 min silahlı gənc hazır vəziyyətdədir", - o, vurğulayıb.