“Qazprom”un Stavropoldakı şirkətində axtarış aparılıb
- 30 yanvar, 2019
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiyalı senator Rauf Araşukov və onun iş adamı olan atası Raul Araşukovun həbsi ilə əlaqədar “Qazprom”un Stavropol diyarındakı yerli şirkətində axtarış aparılıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko şirkətdə axtarış-əməliyyat tədbirinin keçirildiyini təsdiqləyib.
O deyib ki, R.Araşukov “Qazprom”un 30 milyard rubl (455 milyon 294 min 118 dollar) vəsaitinin mənimsənilməsində iştirak etməkdə şübhəli bilinir.
Bir müddət əvvəl Rusiya İstintaq Komitəsindən bildirilmişdi ki, komitə və Federal Təhlükəsizlik Xidmət Moskva, Sankt-Peterburq, Stavropol, Mahaçqala, Nevinnomıssk, Budyonnov, Həştərxan və başqa şəhərlərdə irimiqyaslı istintaq hərəkəti keçirirlər.
Qeyd edək ki, yanvarın 30-da ata və oğul araşukovlar həbs ediliblər.