Səfir: “Türkiyə Gürcüstanla hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir”

Səfir: “Türkiyə Gürcüstanla hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir” “Türkiyə Gürcüstanla hərbi əməkdaşlığın daha da gücləndiriləcəyinə ümid edir”
Region
12 Aprel , 2021 14:40
Səfir: “Türkiyə Gürcüstanla hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir”
Fatma Ceren Yazqan

“Türkiyə Gürcüstanla hərbi əməkdaşlığın daha da gücləndiriləcəyinə ümid edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun sözlərinə görə, hər iki ölkə uzun illərdir müdafiə sahəsində uğurlu əməkdaşlıq edir: “Bu gün Türkiyə tərəfi Gürcüstanın Müdafiə Qüvvələrinə Marneuli hərbi aerodromu üçün müxtəlif texniki avadanlıqlar təqdim edib. Hesab edirik ki, Gürcüstanın Hərbi Hava Qüvvələrinin imkanları inkişaf etdirilməli və gücləndirilməlidir. Əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə ümid edirik”.

Son xəbərlər

Orphus sistemi