Səfir: "Rusiyanın əfqan xalqından üzr istəməsini gözləyirik”

Səfir: "Rusiyanın əfqan xalqından üzr istəməsini gözləyirik” Bakı. 18 iyul. REPORT.AZ/ “Biz Rusiya hakimiyyətinin əfqan xalqından üzr istəməsini gözləyirik”.
Region
18 İyul , 2018 16:56
Səfir: Rusiyanın əfqan xalqından üzr istəməsini gözləyirik”
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ “Biz Rusiya hakimiyyətinin əfqan xalqından üzr istəməsini gözləyirik”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Rusiyadakı səfiri Abdulla Kayum Kuçay bildirib.

“Qonşular arasında belə hadisələr olur. Ancaq biz Rusiya hakimiyyətinin əfqan xalqından 1978-ci ildə Sovet İttifaqının və sovet hərbçilərinin Əfqanıstanda törətdikləri əməllərinə görə üzr istəməsini gözləyirik. Belə bir üzrxahlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edər ”, - deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, əvvəlki səhvlərin təkrar olunmaması üçün Əfaqanıstan hakimiyyəti Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi